"Neftçi" azarkeşlərinə şad xəbər - Elxan Abdullayev getdi

12:21 21 Avqust 2017

Elxan Abdullayev bu gün "Neftçi"nin baş məşqçisi vəzifəsindən istefa verib. 

Sportarena.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. İstefa ərizəsi ilə klub rəhbərliyinə müraciət edən mütəxəssisin ərizəsi qəbul edilib. "Neftçi” Elxan Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edib, ona gələcək işlərində uğurlar arzulayıb. 

Elxan Abdullayevin rəhbərliyi altında “Neftçi” ötən mövsüm Premyer Liqada 7-ci yeri tutub və ölkə kubokunun yarımfınalında “Qarabağ”a uduzaraq avrokuboklara qatıla bilməyib. Bu mövsüm isə onun rəhbərliyi altında “Neftçi” keçirdiyi hər iki matçda - əvvəlcə lider “Qarabağ”, sonra isə debütant “Səbail”ə məğlub olub. Sonuncu matçdan sonra azarkeşlər onun istefasını tələb ediblər.


Digər xəbərlər

Xəbər xətti