"Qarabağ"ın oyunu ispanlara tapşırıldı

Sportarena.az      21 Avqust 2018, 15:08

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Kopenhagen" - "Qarabağ" cavab matçının hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Alberto Undiano Malenko olacaq. O, ölkəsinin tanınmış referilərindən biridir. Ölkədaxili bir çox önəmli matçlara təyinat alır. Eyni zamanda, UEFA və FİFA da ona etimad göstərir.

Qeyd edək ki, “Qarabağ” Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazanıb.

 

Çempionlar Liqası: Pley-off mərhələsi, cavab oyunu

23 avqust

22:45 Kopenhagen (Danimarka) - Qarabağ (Azərbaycan)
Hakimlər: Alberto Undiano Malenko, Roberto Alonso Fernandes, Raul Martines, Dieqo Barbero Sevilya
Köməkçi hakimlər: Alexandro Hernandes, Xose Mariya Sançes
Hakim-inspektor: Alfredo Trentalanye (İtaliya)
UEFA nümayəndəsi: Alan Makrae (Şotlandiya)
Kopenhagen. "Parken" stadionu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin