"Barselona"ya daha bir şok - İniestadan ayrılıq xəbərdarlığı - AÇIQLAMA

15:42 21 Avqust 2017

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta komandadan ayrıla bilər.

Sportarena.az xəbər verir ki, bu barədə o özü İspaniya mətbuatında açıqlamasında məlumat verib. 

“Hələ ki, “Barselona” ilə yeni müqavilə bağlamamışam. Əvvəllər heç vaxt keçirmədiyim hissləri yaşayıram. İndi “Barselona”dan ayrıla biləcəyimi düşünürəm. Üç il öncə isə belə bir şey ağlıma da gəlmirdi”.

 

Qeyd edək ki, “Barsa”nın yetirməsi olan 33 yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız Kataloniya klubunda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti