"İdman Azərbaycan"dan azarkeşlərə sürpriz - Qaldı "Qarabağ"ın tarix yazması

15:59 21 Avqust 2017

Çempionlar Liqasının və Avropa Liqasın baxımlı oyunları ilə yanaşı İspaniya, İngiltərə və Almaniya çempionatları ölkəmizdə yayımlayan "İdman Azərbaycan" telekenalı izləyicilərə daha bir sürpriz hazırlayıb.

Sportarena.az xəbər verir ki, bu həftə Çempionlar Liqasının qrup mərhələsinin püşkatması və Avropada ilin futbolçusunun seçilməsi mərasimi keçiriləcək.
 

Avqustun 24-də saat 20:00-da start götürəcək möhtəşəm idman tədbiri "İdman Azərbaycan" telekanalı ilə canlı olaraq ekranlara gətiriləcək. "Qarabağ"ın adının da püşkatmadakı klubların arasında olması bizim üçün həmin tədbiri ikiqat bayrama çevirə bilər. Məhz bu məqamı nəzərə alan telekanal rəhbərliyi mərasimi həftənin proqramına daxil edib.


Digər xəbərlər

Xəbər xətti