Tərlan Əhmədov: "Neftçi"də canla-başla işləməyə hazıram"

Sportarena.az      21 Avqust 2018, 16:25

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin istefa verdiyi barədə məlumat vermişdik. Bu xəbər yayıldıqdan sonra futbol ictimaiyyətində "ağ-qaralar"ın baş məşqçisi vəzifəsinə kimin gətirələcəyi müzakirə edilməyə başladı. Boş qalmış posta əsas namizəd kimi Tərlan Əhmədov göstərildi.

 

AZAL-dakı işi ilə özündən söz etdirən Əhmədov "Neftçi"yə yad şəxs deyil. O vaxtilə bu klubda çalışıb. Həm Böyükağa Hacıyevin köməkçisi kimi, həm də baş məşqçi kimi. "Neftçi"nin ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı ildə məşqçilər korpusunda yer alıb. Bütün bu məqamları nəzərə alıb Əhmədovla əlaqə saxladıq. O, Sportarena.az saytına açıqlamasında bunları söylədi:

 

"Neftçi" xalqın komandası, futbolumuzun anasıdı. Bu klubun böyük tarixi var. Yaranma ili 1937-ci il kimi təqdim edilsə də, başqa adlarla 1911-ci ildən fəaliyyətdə olub. Bu klub futbolumuzun tarixdi. "Neftçi" həmişə xalqın, ictimaiyyətin diqqət mərkəzində olub və bir o qədər də sevilib. Bu klubda çıxış etmək, çalışmaq böyük məsuliyyət deməkdir. Premyer Liqada çalışan bir çox mütəxəssislər kimi mən də "Neftçi" məktəbini keçmişəm. Futbolçu kimi çıxış etmişəm, futbolun sirrlərini öyrənmişəm. Avropa çempionu olanda da 18 yaşım vardı, onda da "Neftçi"də idim. Məşqçi kimi ilk addımlarımı da bu klubda atmışam. Avropa Liqasına vəsiqə qazanılan zaman Böyükağa Hacıyevin köməkçisi olmuşam. Baş məşqçi kimi də ilk işim bu klubda olub. Bir sözlə "Neftçi"nin futbol həyatımda böyük yeri olub. Təklif olarsa, "Neftçi"də canla-başla işləməyə hazıram".

 

"Ağ-qaralar" heç də yaxşı günlərini yaşamır. Paytaxt klubu Premyer  Liqada keçirdiyi hər iki oyunda məğlub olub. "Komandanın hazırkı durumu barədə nə fikirləşirsiz" sualına Tərlan bəy belə cavab verdi:

 

"Neftçi"nin indiki heyətində yaxşı futbolçular var. Hansı ki, onların bir qismi milli komandanın üzvləridilər. Potensiallı oyunçular da var. Kənardan komandanın durumu barədə fikir bildirmək düzgün olmaz. Çünki işin içində deyilik və baş verənlərdən, problemlərdən xəbərsizik".

 

Heybət Məmmədov

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin