"Marka"dan kobud səhv, yoxsa qərəz? - "Qarabağ" separatçı klub kimi təqdim edildi - FOTO

17:16 21 Avqust 2017

İspaniyanın məşhur “Marka” nəşri separatçı bölgələri təmsil edən komandalar barədə yazı hazırlayıb.

 

Sportarena.az xəbər verir ki, yazıda Azərbaycandan da bəhs edilib. Belə ki, son illərdə ölkəmizi avrokuboklarda uğurla təmsil edən Ağdamın “Qarabağ” komandası Dağlıq Qarabağda ermənilərin yaratdığı qondarma respublikanın komandası kimi təqdim edilib.

 

Yazının həmin hissəsində belə qeyd edilib:

 

“Hazırda Moldova və Azərbaycan hökumətləri ölkəyə tabe olmayan ərazilərlə mübarizə aparır. Moldova Dnestryanı, Azərbaycan isə Dağlıq Qarabağla bağlı belə problemlə üzləşib. Maraqlıdı ki, hər iki bölgənin komandası tabe olmadıqları ölkənin çempionatında çıxış edirlər. “Şerif” Moldova çempionatının son 6 mövsümünün 5-də çempion olub. “Qarabağ” da son Azərbaycan çempionudu”.

 

Xatırladaq ki, “Qarabağ” hazırda Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparır. Ağdam təmsilçisi bu mərhələ çərçivəsində keçirdiyi ilk oyunda evdə Danimarkanın “Kopenhagen” klubunu 1:0 hesabıyla məğlub edib.

 


Xəbər xətti