Tellur Mütəllimov "Qəbələ"nin tarixinə düşdü - Yubiley qol

17:50 21 Avqust 2017

"Qəbələ” tarixində 600-cü qolu vurub. Bu tarixi qol Azərbaycan Premyer Liqasının 2-ci turunun “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib.

 

Sportarena.az xəbər verir ki, 40-cı dəqiqədə hesabı açan Tellur Mütəllimov klubun 12 illik tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

 

Bu matçadək rəsmi oyunlarda 599 dəfə fərqlənən “qırmızı-qaralar” yubiley qoluna 455-ci matçında imza atıb. İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, 1-ci dəstədə oynadığı vaxt keçirən komanda Premyer Liqada 409, 1-ci dəstədə 72, Azərbaycan kubokunda 84, avrokuboklarda 35 dəfə fərqlənib. Penaltilər seriyaları, həmçinin nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 341-i evdə, 258-i səfərdə, 1-i neytral meydanda qeydə alınıb.

 

1-ci qol - İlqar İbrahimov (öz qapısına)
21.09.2005. “Göy-Göl” - “Şərur 8:0 (I dəstə)
100-cü qol - Vitali Balamestnı
07.04.2007. “Gilan” - “Simurq” 3:1 (Premyer Liqa)
200-cü qol - Tomaş Stolpa
20.11.2009. “Standard” - “Qəbələ” 1:2 (Premyer Liqa)
300-cü qol - Viktor Mendi
29.04.2012. “Qəbələ” - “Bakı” 4:0 (Premyer Liqa)
400-cü qol - Dodo
13.09.2014. “Simurq” - “Qəbələ” 1:2 (Premyer Liqa)
500-cü qol - Sergey Zenyov
19.03.2016. “Qəbələ” - “Qarabağ” 1:2 (Premyer Liqa)
600-cü qol - Tellur Mütəllilmov
20.08.2017. “Qəbələ” - “Sumqayıt” 1:0 (Premyer Liqa)


Digər xəbərlər

Xəbər xətti