Sportarena.az
24 Sentyabr 2017

Rəşad Sadıqov 300-ə çatdı

12 Punto 14 Punto 16 Punto 18 Punto

 

Azərbaycan Premyer Liqasının 2-ci turu Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı müdafiəçi yeni mövsümdə ilk çempionat matçına çıxmaqla, yubiley qeyd edib. “İnter”lə ev oyunu (1:0) Rəşad üçün Premyer Liqada 300-cü olub. Cari mövsümədək 299 matç keçirən Sadıqov 300-ə komandası üçün doğma “Azərsun Arena”da çatıb.

 

Ölkə çempionatının güclülər dəstəsində 2000/01 mövsümündə “Turan”ın oyunçusu kimi debüt edən müdafiəçi Tovuz təmsilçisində 9 matç keçirib. Legioner həyatı yaşadığı müəyyən fasilələri saymasaq, Rəşad 2001-09-cu illərdə “Neftçi”də 125, 2009-2017-ci illərdə “Qarabağ”da 166 qarşılaşmaya çıxıb. Arxa xətt oyunçusunun hesabında 16 qol var.

 

Qeyd edək ki, Rəşad Azərbaycan çempionatları tarixində yarımçıq qalan və nəticəsi ləğv olunan qarşılaşmaları saymamaqla, 300 və daha çox oyun keçirən futbolçular siyahısında 17-cidi. Onadək 16 oyunçu 300-ü arxada qoyub.

 

Azərbaycan çempionatları tarixinin ən çox oyun keçirən futbolçusu isə Mahmud Qurbanovdu

Tarix
21.08.17 [18:35]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Sentyabr
23 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio