Sportarena.az
23 Sentyabr 2017

Tahir Gözəl Əfranı, Maksimi, Qaranı kəşf edən mütəxəssisi ziyarət etdi

12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə “Qarabağ”ın akademiyasına rəhbərlik etmiş məşhur türkiyəli mütəxəssis Serpil Tüzünün səhhətində problem yaranıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl Serpil hocanı ziyarət edib. Bu barədə məlumatı “Qarabağ”ın saytı yayıb. Klub rəsmisi Tüzünlə "Qarabağ"dan, onun verdiyi xidmətlərdən, “köhlən atlar”ın son uğurlarından bəhs edib. Qocaman mütəxəssisin səhhətiylə maraqlanan Gözəl, ona şəfa diləyib.

 

Həmdi Serpil Tüzün 2004-2005 və 2010-2012-ci illərdə “Qarabağ”ın uşaq futbol akademiyasına rəhbərlik edib. O, Ağdam klubuna gələr-gəlməz islahatlara başlayıb.

 

“Qarabağ” Azərbaycanda ilk dəfə uşaq futbolunda qapısını hər kəsə açaraq müxtəlif yaş qrupları üzrə seçimlər edib. Bu seçimlərdə Serpil o vaxt onlarla azyaşlı uşaqları futbol akademiyasına dəvət edib. Məhz bu uşaqlar içindən 4 nəfər: Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev və Maksim Medvedev illər keçdikcə həm "Qarabağ"ın, həm də milli komandamızın əsas futbolçusu olub.

Tarix
21.08.17 [22:00]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Sentyabr
22 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio