"Qarabağ" Danimarkada

10:55 22 Avqust 2017

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə "Kopenhagen"lə qarşılaşacaq “Qarabağ” ötən gün saat 17:50-də Bakı-Kopenhagen reysiylə Danimarkaya yollanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5 saatlıq yolçuluqdan sonra Kopenhagen şəhərinə çatıb və artıq qalacağı otelə yerləşib.

 

Qeyd edək ki, “Qarabağ” avqustun 23-də səfərdə “Kopenhagen”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 22:45-də start götürəcək. Tərəflər arasındakı ilk oyunda təmsilçimiz 1:0 hesabıyla qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti