"Marka "Qarabağ"dan üzr istədi

11:14 22 Avqust 2017

Dünən İspaniyanın məşhur “Marca” nəşrinin “Qarabağ” haqqında yalan məlumat yaydığı haqqında xəbər vermişdik. Nəşr Ağdam klubunu Qondarma Dağlıq Qarabağ Respublikasının ərazisi kimi təqdim etmişdi. 

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Marca” artıq yaydığı yalan informasiyaya görə “Qarabağ”dan üzr istəyib. Bu barədə klubdan məlumat veriblər. Nəşrdən "Qarabağ"a bildirilib ki, yazılan mətn artıq dəyişdirilib. 


Digər xəbərlər

Xəbər xətti