MOİK 5 qolla qalib gəldi

12:45 22 Avqust 2017

Futbol üzrə Azərbaycan Birinci Divizionunda yeni mövsümə hazırlaşan Mərkəzi Ordu İdman Klubu (MOİK) növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, "hərbçilər" bu dəfə yenidən bərpa edilən və elə Birinci Divizionda çıxış edəcəyi gözlənilən "Göyçə" ilə qarşılaşıb. "Bakı"nın bazasında baş tutan oyunda MOİK növbəti qələbəsini qazanıb - 5:3.

 

Qeyd edək ki, bu, MOİK-in hazırlıq dövründə 3-cü oyunu olub. Daha əvvəl "hərbçilər" "Səbail"in əvəzedici komandasını məğlub edib (5:4), "Qaradağ Lökbatan" ilə heç-heçə (2:2) oynamışdı.


Digər xəbərlər

Xəbər xətti