"Barselona" onu transfer etməyəkdən imtina etdi

14:10 22 Avqust 2017

“Barselona” “Liverpul”un üzvü Filippe Koutinyonun transferindən imtina edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə katalonların braziliyalı futbolçunun transferi üçün “qırmızılar”a iki dəfə təklif göndərdiyi, lakin mersisaydlıların hər iki təklifdən imtina etdiyi vurğulanıb. “Barselona” sonuncu - 118 milyon avro dəyərində olan təklifin də rədd edilməsindən sonra Braziliya millisinin üzvünün transferi fikrindən daşınıb.

 

Xatırladaq ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin “Liverpul”la müqavilə müddəti 2022-ci ilin yayında bitəcək.


Digər xəbərlər

Xəbər xətti