"Mançester Siti" Messini hədəfə aldı

16:05 22 Avqust 2017

"Mançester Siti" dünya futbolunun ən bahalı transferini reallaşdırmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Premyer Liqa klubu "Barselona"nın forvardı Lionel Messini transfer etməyi planlaşdırır. "Şəhərlilər" ulduz futbolçunun müqaviləsində yer alan təzminat məbləğini - 300 milyon avronu ödəməyə hazırdır.

 

Bunun üçün isə Messi ilə danışıqlar müsbət nəticələnməlidir. Tərəflər arasında yaxın günlərdə görüşün keçirilməsi planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti