Qurban Qurbanov: "Şansımız var"

10:29 23 Avqust 2017

Azərbaycan çempionu “Qarabağ” sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə “Kopenhagen”lə cavab matçına çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məqşçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

“İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək. Bu oyunda daha çox güc sərf etməliyik. Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacacaq. Biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti