Miçel: "Sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”

10:44 23 Avqust 2017

Azərbaycan çempionu “Qarabağ” sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə “Kopenhagen”lə cavab matçına çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Miçel bu gün oyun öncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

“Kopenhagen”də hansısa futbolçunu fərqləndirməzdim, komanda halında oynayırlar. Rəqibimiz olduqca güclüdü və Çempionlar Liqasında yetərincə təcrübələri var. Təbii ki, onlar da azarkeşlərinin dəstəyi ilə uğur qazanmağa çalışacaq. Amma biz inanırıq ki, sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”.


Digər xəbərlər

Xəbər xətti