"Traktorsazi"dən növbəti qələbə

11:51 23 Avqust 2017

Futbol üzrə İran çempionatında 5-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktorsazi" də növbəti matçını keçirib. Təbriz klubu səfərdə "Saypa" ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib - 2:0. Bu, ilk 3 turda uduzan təbrizlilərin yeni mövsümdə ardıcıl ikinci qələbəsidi.

 

Təbrizin digər təmsilçisi "Göstəriş" isə avqustun 25-də doğma meydanda "Persepolis"lə qarşılaşacaq.

 

Qeyd edək ki, 5 turdan sonra 6 xala malik "Traktorsazi" 16 klub arasında 8-cidi.


Digər xəbərlər

Xəbər xətti