Çempionlar Liqasında səbətlər açıqlandı - “Qarabağ” "Kopenhagen"i keçsə...

12:50 23 Avqust 2017

Çempionlar Liqasının qrup mərhələsi üçün səbətlər açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” “Kopenhagen” səddini keçəcəyi halda qrup mərhələsində 4-cü səbətdə yer alacaq.

 

Qrup mərhələsində iştirakı dəqiqləşən komandalardan yalnız “Seltik”in səbəti dəqiq deyil. Belə ki, şotlandların hansı səbətdə yer alacağı bu gün keçiriləcək “Liverpul” - “Hoffenhaym” oyunundan sonra bəlli olacaq. Qlazqo təmsilçisi “Liverpul” mərhələni keçsə 4-cü, “Hoffenhaym” qrup mərhələsinə vəsiqə qazanacağı halda isə 3-cü səbətdə yer alacaq. Bundan əlavə, “qırmızılar” qrupda 3-cü, Almaniya təmsilçisi isə 4-cü səbətdə yer alacaq. 
 

Çempionlar Liqasının qrup mərhələsinin səbətləri 
1-ci səbət

Real
Bavariya
Çelsi
Yuventus
Benfika
Monako
Spartak
Şaxtyor

 

2-ci səbət

Barselona
Atletiko
PSJ
Borussiya D
Sevilya
Mançester Siti
Portu
Mançester Yunayted

 

3-cü səbət
Napoli
Tottenhem
Bazel
Olimpiakos
Anderlext
Roma
Beşiktaş

 

4-cü səbət

Kopenhagen (Danimarka) - Qarabağ (Azərbaycan) cütünün qalibi
Slaviya (Çexiya) - APOEL (Kipr) cütünün qalibi
Styaua (Rumıniya) - Sportinq (Portuqaliya) cütünün qalibi
ÇSKA (Rusiya) - Yanq Boyz (İsveçrə) cütünün qalibi
Feyenord
Maribor
Leyptsiq

 

Naməlum

Seltik

Liverpul (İngiltərə) - Hoffenhaym (Almaniya)


Xəbər xətti