Toyda pulsuz oxuyan kim, pizza paylayan kim, qonaqlıq verən kim - Ulduzlar "Qarabağ" üçün

16:39 23 Avqust 2017

Bu gün “Qarabağ” komandası Çempionlar Liqasının pley-off mərhələsində Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, oyunla bağlı sosial şəbəkədə məşhurlarımız paylaşımlar ediblər. Onlar “Qarabağ” qalib gəldiyi təqdirdə edəcəkləri sürprizləri açıqlayıblar.

 

Müğənni Vüqar Muradov bildirib ki, əgər futbolçularımız qalib gəlsə izləyicilərinə hədiyyə verəcək:

 

“Həmin an İnstaqramda mənə ilk yazan üç izləyicimin toyunda gedib 1 saat pulsuz oxuyacam. Canım “Qarabağ”, irəli”.

 

Aktyor Elməddin Cəfərov isə “Qarabağ” qalib gəlsə, bütün futbolçulara pizza alıb paylayacam” deyə, bildirib:

 


 

Aparıcı Zaur Baxşəliyev isə komandamız qalib olduğu təqdirdə “Bizimləsən” proqramının bütün yaradıcı heyətinə qonaqlıq verəcəyini deyib:




Digər xəbərlər

Xəbər xətti