Rəşad Sadıqovun sabiq komanda yoldaşı paparassilərin hədəfində - FOTOLAR

17:54 23 Avqust 2017

"Fənərbaxça”nın futbolçusu Alper Potukla 9 aydır gizli eşq yaşadığı aktrisa Tuvana Türkay ilə ilk dəfə birlikdə görüntülənib.

 
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı aktrisa oteldən çıxarkən paparassilərin hədəfində olub. Cütlüyün əhvalının yüksək olması diqqətdən qaçmayıb. 


Qeyd edək ki, Potuk "Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqovla birlikdə "Əskişəhər"də çıxış edib. Sadıqov 2010-cu ildə müqavilə bağladığı "qırmızı-qaralar"ın heyətində 6 ay çıxış edib. Bu müddətdə o, 19 yaşlı Alperlə yaxşı münasibətdə olub. Futbolçumuz gənc yarımmüdafiəçiyə əsas heyətə düşmək yolunda dəstək olub. Sadıqov mətbuata sonradan verdiyi açıqlamada Potukun uğurlu karyera quracağına inandığını bildirmişdi. Təsadüfi deyil ki, o, 2013-cü ildə 6,25 milyon avro və Henri Bienvenu qarşılığında "Fənərbaxça"ya transfer olundu.

 



Digər xəbərlər

Xəbər xətti