"Real"da 7 yeni müqavilə - 700 milyon transfer qiyməti

18:17 23 Avqust 2017

“Real” bir neçə futbolçu ilə yeni və uzunmüddətli müqavilə bağlayacaq.

 

Sportarena.az xəbər verir ki, “kral klubu” 6 futboluya yeni müqavilə təklif etməyə hazırlaşır. Məlumata görə, Madrid təmsilçisi İsko, Marko Asensio, Kərim Benzema, Marselo, Dani Karvahal və Rafael Varana yeni müqavilə təklif edəcək. O cümlədən, baş məşqçi Zinəddin Zidanla da yeni anlaşma imzalanacaq. Ən uzunmüddətli müqavilə Asensioya təklif ediləcək - 2023-cü ilə qədər. Benzema ilə 2021, digərləri ilə 2022-ci ilə qədər razılığa gəlinəcək.

 

Zidana isə 2020-ci ilə qədər klubun baş məşqçisi postunda qalmaq təklif olunacaq.

 

Yeni müqavilədə İskonu almaq üçün tələb edilən kompensasiya 700 milyon avro olacaq.


Digər xəbərlər

Xəbər xətti