Runi milli karyerasını başa vurdu? - AÇIQLAMA

18:34 23 Avqust 2017

“Everton”un hücumçusu Ueyn Runi İngiltərə millisində çıxışını başa vurmaq qərarına gəlib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçu özünün rəsmi saytında açıqlama verib. O, İngiltərə millisində oynamaqdan həmişə zövq aldığını, lakin getmək vaxtının gəldiyini düşündüyünü bildirib. Forvard bundan sonra ancaq "Everton"un oyunlarına köklənmək istədiyini deyib.

 

Xatırladaq ki, 31 yaşlı hücumçu 2003-cü ildən yığmada çıxış edirdi. O, millidə keçirdiyi 119 oyunda 53 qol vurub. Runi İngiltərə yığmasının tarixinin ən sərrast futbolçusudu.


Digər xəbərlər

Xəbər xətti