Tanınmış teleaparıcı: “Qarabağ” qalib gəlsə, ərə gedəcəm" - FOTOLAR

19:28 23 Avqust 2017

Tanınmış teleaparıcı Mələk Heydərova “Qarabağ” futbol klubuna dəstək məqsədilə fotosessiya etdirib.

 

Sportarena.az azxeber.com-a istinadən xəbər verir ki, teleaparıcı Ağdam klubu qalib gələrsə, ərə gedəcəyini deyib.

 

“Bu gün “Qarabağ” “Kopenhagen”lə tarixi oyuna çıxır. Mən də sevimli klubumuza dəstək məqsədilə fotosessiya etdirmək qərarına gəldim. Əminəm ki, futbolçularımız bu gün uğurlu çıxış edəcək. Ancaq onu deyə bilərəm ki, “Qarabağ” qalib gəlsə də, gəlməsə də, bizim üçün qalibdir. Bu klub tarix yazmağı bacarıb”.

 

Mələk Heydərova həmçinin sosial şəbəkələrdə günün trendi olan “Qarabağ qalib gəlsə, nə edəcəksiniz?” sualına da cavab verib:

 

“Bu gün sosial şəbəkələrdə hərə bir fikir yazır. Mən də düşündüm ki, nə edə bilərəm. Ağlıma ilk gələn ilk fikir bu oldu: “Qarabağ” bu gün qalib gəlsə, ərə gedəcəyəm (gülür)”.

 

Mələk Heydərovanın “Qarabağ”a dəstək fotosessiyasını təqdim edirik.

 


Digər xəbərlər

Xəbər xətti