Bakı "Qarabağ"ın zəfərini belə qeyd etdi - FOTOLAR + VİDEOLAR

03:53 24 Avqust 2017

"Qarabağ"ın Çempionlar Liqasının pley-offunda "Kopenhagen"i mübarizədən kənarlaşdıraraq ölkə futbolu tarixində qrup mərhələsinə vəsiqə qazanması ölkədə bayrama səbəb olub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan xalqı bu hadisəyə biganə qalmayıb. Gecə saatları olmasına rəğmən, minlərlə insan Bakının küçələrinə axışıb. Şəhərin girişindən Bakı Bulvarına qədər bütün küçələrdə yürüşlər keçirilib. İnsanlar "Qarabağ", "Qurban", "Qarabağ bizimdir, bizim olacaq", "Azərbaycan" şüarlarını səsləndiriblər. Daha sonra qrup şəklində toplaşan insanlar milli, toy və Qarabağa aid oyun havalarını qoşaraq rəqs etməklə sevinclərini bölüşüblər.

 

Yürüş zamanı diqqət çəkən hadisə hüquq-mühafizə orqanlarının baş verənlərə müdaxilə etmədən ciddi nəzarət etməsi idi. Əməkdaşımız insanların toplaşdığı yerlərdən reportaj hazırladığı zaman hər hansı neqativ halla qarşılaşmadı. Əksinə, "Qarabağ"ın bu uğuru bir-birilərini tanımayan minlərlə insanı yol yoldaşı etdi, eyni havaya oynamasına səbəb oldu. 

 

Sportarena.az fanatların yürüşündən çəkilən fotoları və videoları təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti