UEFA-dan “Qarabağ” paylaşımı - FOTO

04:09 24 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdıraraq (1:0, 1:2) Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, təmsilçimizin tarixi uğuru qitənin ən nüfuzlu klub turnirinin rəsmi səhifəsinin də diqqətindən yayınmayıb. Belə ki, “Kopenhagen” - “Qarabağ” matçından sonra ÇL-in rəsmi “facebook” səhifəsində “köhlən atlar”ın paltardəyişmə otağından tarixi uğur qeyd edilərkən çəkilmiş şəkil paylaşılıb.

 

Şəkilə bu sözlər əlavə edilib - “Qarabağ”ın paltardəyişmə otağında parti zamanıdı. Onlar üçün möhtəşəm gecə idi: ÇL-in qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu oldular”.

 


Xəbər xətti