Qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" nə qədər qazandı?

05:16 24 Avqust 2017

Çempionlar Liqasının 2017/2018 mövsümünün qrup mərhələsində çıxış edən klubların qazancı bəllidir.

 

Sportarena.az xəbər verir ki, bu mövsüm ÇL-də mübarizə aparan komandaların hesabına ümumilikdə 1,3 milyard avro köçürüləcək.

 

Turnirin qrup mərhələsində iştirak edəcək hər klub 12,7 milyon avro gəlir götürəcək. Bundan əlavə, qrupda hər qələbəyə görə əlavə 1,5 milyon, heç-heçəyə görə isə 500 min avro veriləcək.

 

Qeyd edək ki, "Qarabağ" ölkəmizi qup mərhələsində təmsil edəcək. 


Digər xəbərlər

Xəbər xətti