Rövnəq Abdullayev: "Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridi"

12:23 24 Avqust 2017

AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı federasiyanın saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Abdullayev Ağdam təmsilçisinin uğurunun Azərbaycan futbolunun yazılmaqda olan böyük tarixinin ilk sətirləri olduğunu deyib:

 

“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridi. “Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” Futbol Klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”. 

 


Digər xəbərlər

Xəbər xətti