Dünya “Qarabağ”dan danışır - FOTOLAR

13:02 24 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdıraraq Azərbaycan futbol tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” dünya mediasının diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, bir çox məşhur qəzet və sayt Çempionlar Liqasının dünən baş tutan oyunlarına başlıq kimi Ağdam təmsilçisinin tarixi uğurunu seçib.

 

Türkiyənin “Fanatik”, İspaniyanın “Marka”, Britaniyanın “Sky Sports”, İtaliyanın “La Stampa” və s. kimi mətbuat orqanlarında “Qarabağ”ın uğuru başlıq kimi verilib. “Qarabağ”dan tarixi uğur”, “20 ildən artıqdı evdə oynamayan “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində”, “Ndlovunun qolu “Qarabağ”ı qrup mərhələsinə daşıdı” kimi başlıqlarla verilmiş xəbərlərin demək olar, hər birində Ağdam təmsilçisinin 20 ildən artıqdı doğma meydanda çıxış etmədiyi xüsusi vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti