Messi "Mançester Siti" yolunda - Atası texniki direktorla görüşdü

14:18 24 Avqust 2017

Neymarın PSJ-yə keçməsindən sonra “Barselona”da Lionel Messini itirmək qorxusu yaşanır.

 

Sportarena.az xəbər verir ki, Leo ilə “Mançester Siti” ciddi şəkildə maraqlanır. Məlumata görə, Messinin atası “Siti”nin texniki direktoru Çiki Beqristaynla görüşüb. “The Sun” nəşrinin iddiasına görə, tərəflər görüşdə Messinin keçidiylə bağlı müzakirələr aparıblar.

 

Argentinalı futbolçunun “Barselona” ilə müqaviləsi 2018-ci ilin yayında başa çatır. Messi hələ yeni müqavilə imzalamaq niyyətində deyil. İddialara görə, İngiltərə klubu Messini məhz müqaviləsi bitəndən sonra, havayı əldə etmək istəyir.


Digər xəbərlər

Xəbər xətti