"Qarabağ" 8 pillə irəlilədi - "Milan"ı ötdü

15:04 24 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda ÇL-in qrup mərhələsinə yüksələn  "Qarabağ" 8 pillə irəliləyib.  8.500 xalı olan Ağdam təmsilçisi  67-ci pillədə qərarlaşıb.

 

"Qarabağ" “Milan”, “Betis”, “Real-Sosyedad”, BATE, “Trabzonspor”, “Yanq Boyz” , Zaqreb “Dinamo”su və “Slovan”ı arxada qoyub.


Xəbər xətti