"Qarabağ"a Qazaxıstandan təbrik

17:51 24 Avqust 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması futbol dünyasında böyük marağa səbəb olub.
 
Sportarena.az xəbər verir ki, bu münasibətlə Qazaxıstanın "Astana" klubu "Qarabağ" təbrik edib. Klubun rəsmi saytında yerləşdirilən təbrikdə "Qonşu ölkənin klubu "Qarabağ"ı Çempionlar Liqasının qrupuna adlamaq münasibəti ilə təbrik edirik" yazılıb. 
 
Qeyd edək ki, Stanimir Stoilovun komandası pley-off mərhələsində "Seltik"ə yenilərək mübarizəni dayandırıb. 


Xəbər xətti