Qurban Qurbanov: "Aprel döyüşlərindən sonra komandada əlavə bir ruh yarandı"

19:43 24 Avqust 2017

Bu gün ölkə prezidenti İlham Əliyevin “Qarabağ” klubunun üzvləriylə görüşdüyünü xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, görüşdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qarabağda baş tutan aprel döyüşlərini yada salıb:

"Aprel döyüşlərindən sonra komandada əlavə bir ruh yarandı. Bizim bütün legionerlərimiz, futbolçularımız bir daha Qarabağı daha yaxından tanıdılar. Bizim dövlətimizin mərdliyini onlar da gördü, bizə böyük motivasiya oldu. Həmin döyüşlər builki uğurlarımızda da çox böyük addım oldu. Əsgərlərimiz bizi qoruyursa, bizim üzərimizə düşən vəzifə onlarınkından daha asandı. Biz də çalışırıq ki, bunu ləyaqətlə yerinə yetirək".
 

Qurbanov ölkə prezidentinə diqqətinə görə təşəkkür edib:

"Çox şadam ki, futbola bu cür diqqət göstərirsiz, istəyirsiz ki, futbolumuz daha da inkişaf etsin".


Xəbər xətti