De Rossi: "Qarabağ" yaxşı keyfiyyətlərə malik komandadı"

14:18 25 Avqust 2017

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Roma”nın kapitanı Daniele de Rossi püşkü dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi paytaxt klubunun saytına açıqlamasında “Qarabağ”ın yaxşı keyfiyyətlərə malik komanda olduğunu düşündüyünü deyib:

 

“Daha asan qrupa düşmədiyimizə görə təəssüf edirik. Lakin böyük klublarla qarşılaşmaq da xoşdu. Azarkeşlər unudulmaz qarşılaşmalara şahid olacaqlar. Qrupumuz çətin olsa da, maraqlı olacaq. Hazırlaşmaq üçün vaxtımız var.

 

Antonio Konte (“Çelsi”nin baş məşqçisi) dünyanın ən yaxşı məşqçilərindəndi, Antonio Rudiqer də (bu yayda “Roma”dan “Çelsi”yə transfer olunan müdafiəçi) ən yaxşılardandı. Onlarla üz-üzə gələcəyimə görə çox şadam. Ümid edirəm ki, onları məyus edəcəyik. Bu, asan olmayacaq, lakin çalışacağıq.

 

“Atletiko” da qarşılaşmaq istəmədiyim rəqiblərdən idi. Onlara qarşı oyunlarımız asan olmayacaq. “Atletiko” futbolçuları istənilən komandaya qarşı hazırlamağı bacaran güclü baş məşqçiyə (Dieqo Simeone) malikdi.

 

“Qarabağ” haqda məlumatımız çox azdı, lakin onlar bu mərhələyə qədər irəliləyiblərsə, deməli, yaxşı keyfiyyətlərə malik komandadı”.


Digər xəbərlər

Xəbər xətti