"Barselona" onun transferini tamamlayır - 105 + 45 milyon

14:58 25 Avqust 2017

Dortmund “Borussiya”sının futbolçusu Osman Dembele karyerasını “Barselona”da davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, artıq Dembelenin transferi ilə bağlı klublar arasında razılıq əldə edilib. “Barselona” ilkin olaraq 105 milyon avro ödəyəcək. Daha 45 milyon avro isə bonus şəklində veriləcək. Futbolçunun bu gün İspaniyaya gələcəyi gözlənilir. Onunla 5 illik müqavilə imzalanacaq.

 

20 yaşlı hücumçu ötən mövsüm “Borussiya”nın heyətində 49 oyun keçirib, 10 qol vurub, 21 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti