"Qarabağ" bəyanat yaydı, şirkətlərə xəbərdarlıq etdi

18:38 25 Avqust 2017

“Qarabağ” futbol klubu bəyanat yayıb.

 

Sportarena.az xəbər verir ki, bəyanatda son vaxtlar bəzi şirkətlərin komandanın loqosundan ticari məqsədlər üçün istifadə etdiyi, ancaq bu hüququn yalnız klubun sponsoru “Azersun Holdinq”ə məxsus olduğu qeyd edilib.

 

Bəyanatı olduğu kimi təqdim edirik:

 

“Qarabağ” FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olmuşdur. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik. Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək “Qarabağ”ın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, “Qarabağ” FK loqo və brendindən istifadə etmək hüququ sadəcə klubun sponsoru "Azersun Holdinq"ə məxsusdur. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaqdır”.


Digər xəbərlər

Xəbər xətti