Ramil oynamadı, "Jilina" qalib gəldi

11:56 26 Avqust 2017

Futbol üzrə Slovakiya çempionatında 6-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi son çempion "Jilina" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda Trnava "Spartak"ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

 

Əvvəlki oyunlarda olduğu kimi, millimizin forvardı bu qarşılaşmanın da iştirakçısı olmayıb. Məhz çox şans qazana bilmədiyi üçün Slovakiya klubundan ayrılmağa hazırlaşan Ramilin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

 

"Jilina" geridə qalan turlarda cəmi 6 xal toplayıb və 12 klub arasında 7-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti