“Barselona” Dembelenin transferini rəsmən açıqladı

11:54 26 Avqust 2017

İspaniyanın "Barselona" klubu uzun müddətdi gündəmdə olan Osman Dembelenin transferini nəhayət ki, rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Fransalı hücumameylli yarımmüdafiəçi tezliklə İspaniyaya gəlib 5 illik müqaviləyə imza atacaq.

 

“Barselona” bu transfer müqabilində futbolçunun şərəfini qoruduğu Dortmund "Borussiya"sına ilkin olaraq 105 milyon avro ödəyəcək. Bu ilin may ayında 20 yaşını qeyd edən futbolçunun "Barselona"dan ayrılması müqabilində isə 400 milyon avro ödənilməlidi.

 

Dembele ötən mövsüm “Borussiya”nın heyətində 49 oyun keçirib, 10 qol vurub, 21 qol ötürməsi edib. O, Dortmund klubuna 2016-cı ildə yetirməsi olduğu "Renn"dən transfer olunub. "Borussiya" ötən il bu bu futbolçunu cəmi 15 milyon avroya heyətinə qatıb.


Digər xəbərlər

Xəbər xətti