Seqoviya: "Həmişə təzyiq altında olacağıq, çünki "Neftçi"yik" - AÇIQLAMA

12:18 26 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə “Kəpəz”lə qolsuz bərabərə qalan “Neftçi”nin hücumçusu Daniel Seqoviya matçdan sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı hücumçu ilk iki matçda qol vurmaq üçün bu qədər şansları olmadığını bildirib:

 

“Azarkeşlər bu gün fərqli "Neftçi" gördülər. İlk dəqiqələrdən topa yiyələnmək istəyirdik. Təhlükəli məqamlar oldu. Lakin bəxt bizdən üz döndərmişdi. Çalışsaq, ardı da gələcək. Bu ilin fevralından buradayam. Həmin vaxtdan bəri hər matçda qol vururduq. Növbəti oyunlarda bugünkü kimi oynasaq, xallarımız çox olacaq".

 

Seqoviya Elxan Abdullayevin baş məqşçi postundan istefasına və əsas komandanın müvəqqəti Elşad Əhmədova tapşırılmasına da münasibət bildirib:

 

"İki məşqçini müqayisə edə bilmərəm. Hərəsinin öz fəlsəfəsi var. Elşad Əhmədovun rəhbərliyi altında 3 məşqimiz olub. Fikrimcə, Elşad Əhmədovun fəsləfəsi ilə qabağa gedə bilərik. Mənim üçün hansı məşqçinin rəhbərliyi altında işləməyin fərqi yoxdu. Çünki peşəkaram. Elxan Abdullayevlə niyə alınmadığını deyə bilmərəm. Özü istefa verdi. Futbolda keçmişə baxmaq lazım deyil. Həmişə təzyiq altında olacağıq. Çünki "Neftçi"yik. Hələ 3 tur keçib, vaxtımız var". (Komanda.az)


Xəbər xətti