"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Sumqayıt"a qalib gəldi - YENİLƏNİB

22:22 26 Avqust 2017

Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib. 

 

Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək 2 oyunla tura yekun vurulacaq. Günün ilk oyununda "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Turun son oyununda isə çempionluğa iddialı əsas komandalar - son çempion "Qarabağ" və vitse-çempion "Qəbələ" üz-üzə gələcək.

 

Dünən keçirilən görüşlərdə isə "İnter" "Səbail"i məğlub edib. "Neftçi" - "Kəpəz" matçında isə qapılara qol vurulmayıb.

 

Azərbaycan Premyer Liqası, 3-cü tur

26 avqust

18:00 Zirə - Sumqayıt 3:1

Qol: Riçard Qadze, 52. Vüsal İsgəndərli, 62; 78 - Jozef Bum, 88-ö/q.

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə. İdman kompleksinin stadionu 

 

20:30 Qarabağ - Qəbələ 2:1

Qol: Mahir Mədətov, 63. Miçel, 73 - Yozef Monroz, 69.

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
Suraxanı. “Azersun Arena”

 

25 avqust

İnter - Səbail 1:0

Qol: Nizami Hacıyev, 4.

 

Neftçi - Kəpəz 0:0


Xəbər xətti