“Barselona”da itki - Bu gün oynamayacaq

15:18 26 Avqust 2017

“Barselona” itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubunun futbolçusu Andre Qomeş İspaniya La Liqasının 2-ci turu çərçivəsində baş tutacaq “Alaves”lə səfər oyununu buraxmalı olacaq. Bu barədə məlumatı “Barsa”nın mətbuat xidməti yayıb. 24 yaşlı futbolçunun oyunu buraxmasına səbəb kimi mədəsində problemin yaranması göstərilib.

 

“Alaves” - “Barselona” oyunu bu gün Bakı vaxtıyla saat 20:15-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti