Qurban Qurbanovdan transfer açıqlaması

16:43 26 Avqust 2017

"Hazırda bəzi klublarla danışıqlar aparırıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov bu mövsümdə ediləcək transferlər haqda axar.az-a danışarkən deyib. Baş məşqçi bildirib ki, hələlik hansı klubla müzakirələrin aparıldığını demək çox tezdir:

 

“Əfsuslar olsun ki, real razılıqlar əldə olunmadığına görə hansı klub və ya oyunçu ilə maraqlandığımız haqda dəqiq bir söz deyə bilmərəm”.

 

Qurbanov həm hücuma, həm də yarımmüdafiəçi mövqelərinə oyunçu axtardığını da qeyd edib.


Digər xəbərlər

Xəbər xətti