Dino Nazı izləyir - Verdiyi sözə görə

17:16 26 Avqust 2017

"Qarabağ"ın Çempionlar Liqasının pley-off matçından öncə çox sayda insan təmsilçimizin qrup mərhələsinə yüksələcəyi təqdirdə hansısa bir işi görəcəklərinə dair söz vermişdilər.

 

Sportarena.az xəbər verir ki, onlardan biri də Türkiyədə evlilik verilişindəki çıxışı ilə tanınan, hazırda model kimi fəaliyyət göstərən Naz Mila da var idi. O, “Qarabağ” qalib gələrsə, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcəyini, onu 3 gün ən bahalı hotel və ən lüks maşınla təmin edəcəyini, eləcə də çıxdığı ilk canlı yayımda da “Qarabağ”ı qələbəsi münasibəti ilə təbrik edəcəyinə dair vəd vermişdi.

 

Ağdam klubunun qalibiyyətindən sonra sözünün üstündə durmayan Naz "İnstagram" hesabında klublardan birində çəkdirdiyi şəklini paylaşıb. Onun fotosunu bəyənənlər arasında “Qarabağ”a qələbə qazandıran Dino Ndlovu da olub. Dinonun bu addımı sosial şəbəkələrdə böyük marağa səbəb olub.

 

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti