Arda Turan "Barselona"dan ayrılır? - Baş məşqçidən açıqlama

18:54 26 Avqust 2017

“Barselona”nın baş məşqçisi Ernesto Valverde son vaxtlar komandadan ayrılacağı deyilən Arda Turan, Duqlas Pereyra və Tomas Vermalenlə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Valverde İspaniya mətbuatına açıqlamasında bəzi futbolçuların komandadan ayrıla biləcəyini deyib:

 

“Transfer pəncərəsi bağlanana qədər həm gələcək, həm də gedəcək oyunçular üçün vaxtımız var. Futbolçularımızdan bəziləri komandanı tərk edə bilərlər. Transfer pəncərəsinin sonunu gözləyəcəyik. Hazırda bütün futbolçular heyətdə yer ala bilməz. Hamımız komandanın tam formalaşmasını gözləyirik”.


Xəbər xətti