Rəşad Sadıqov: "Prezidentin sözlərini dünyalara dəyişmərəm" - AÇIQLAMA

22:45 26 Avqust 2017

Bu gün Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində "Qarabağ" "Qəbələ"ni qəbul və məğlub edib - 2:1.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ölkə prezidentinin onun haqqında söylədiyi xoş sözlər barədə danışıb.

 

"Prezidentin mənimlə danışığını dünyalara dəyişmərəm. Çox gözəl sözlər idi. Elə anda prezident mənə təriflər dedi ki... Sona yaxınlaşan vaxtda... Çox xoş idi. Baxaq görək nə necə olacaq. Hələ ki, oynamaq üçün gücüm var".


Digər xəbərlər

Xəbər xətti