Qriqorçuk: "Yeganə çarəmiz budu ki... "

22:56 26 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə “Qarabağ”a 1:2 hesabıyla məğlub olan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun oyundan sonra mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb:

 

- Artıq 3-cü turda əsas rəqibiniz “Qarabağ”a məğlubiyyət sizin motivasiyanıza necə təsir etdi?
- Bu, mənim motivasiyama heç cür təsir edə bilməz.

 

- Bu gün komandada nə çatışmadı?
- Komandada ustalıq çatışmırdı. Bir də, bəzi səhvlərə yol verdik. Ustalıq səviyyəsi elə şeydi ki, futbolçunun “qabında” olmalıdı. Əlbəttə, ustalıq səviyyəsi yaxşı olan futbolçularımız da var.

 

- Legioner limiti komandanın oyununa necə təsir edir? “Qarabağ”da Mahir Mədətov var, hansı ki, bu oyunda əsas simalardan idi. Ancaq “Qəbələ”də bu cür futbolçular yoxdu...
- Bu problemi həll etmək çətindi. Belə bir imkan görmürəm. Yeganə çarəmiz budu ki, əlimizdə olan gənc futbolçuları inkişaf etdirək.

 

- Bu gün matçın baş hakimi sərt oyuna şərait yaradırdı. Bu sizi narahat etmirdi ki?
- Bu gün hakimlik çox yüksək səviyyədə idi. Məncə, əla idi.

 

- Komandadan ayrılan Xavyer Ernandes açıqlama verib ki, bilmirəm məni niyə komandaya dəvət etmişdilər. Bu barədə nə deyə bilərsiz?
- Xavyer Ernandes yaxşı oyunçudu. O indi başqa komandanın futbolçusudu. Ona sadəcə, uğurlar arzulayıram.


Xəbər xətti