Hümbətov debütü, "Pobeda"nın ilk qələbəsi

12:53 27 Avqust 2017

Futbol üzrə Makedoniya çempionatında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi "Pobeda" da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Şkupi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Tural da bu görüşün iştirakçısı olub. O, Makedoniya klubundakı ilk rəsmi matçına start heyətdə çıxıb. Futbolçumuzun debüt matçında isə komandası yeni mövsümün ilk xalını və qələbəsini qazanıb.

 

"Pobeda" geridə qalan turlarda cəmi 3 xal qazan və 10 komanda arasında altıncı pillədə qərarlaşıb.


Xəbər xətti