Qurban Qurbanovdan Ramil Şeydayevlə Emin Mahmudov AÇIQLAMASI

14:35 27 Avqust 2017

"Bu barədə hansısa açıqlama verə bilmərəm. Bütün diqqətimizi "Qəbələ" ilə oyuna yönəltmişdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubu Azərbaycan Premyer Liqasının III turunda öz meydanında "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

 

Matçın ardından "CBC Sport" telekanalına açıqlama verən təcrübəli məşqçi millimizin futbolçuları - Ramil Şeydayev və Emin Mahmudovun adının "Qarabağ"la birgə hallanmnasına münasibət bildirib. Qurbanov sözlərinə belə davam edib:

 

"Bu məsələ ilə bağlı klubun daxilində müzakirə olmayıb. Belə deyim, ortada hələ heçnə yoxdu".

 

Qeyd edək ki, Emin Mahmudov ötən gün Portuqaliyanın "Boavişta" klubundan ayrılıb. Ramil Şeydyevin isə yaxın günlərdə Slovakiyanın "Jilina" klubundan ayrılacağı gözlənilir


Digər xəbərlər

Xəbər xətti