Rauf "Kukesi"də ilk qolunu vurdu

15:20 27 Avqust 2017

Albaniyanın "Kukesi" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Rauf Əliyevin formasını geyindiyi bu klub bu ölkənin aşağı liqa təmsilçisi "Poqradeçit" ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 3:0.

 

Əliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və komandasının ikinci qolunun müəllifi olmaqla Albaniya klubunda qol hesabını açıb.


Digər xəbərlər

Xəbər xətti