Anton Kanibolotski: "İstəyərdim ki, “Şaxtyor”la da düşək"

17:22 27 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ" evdə “Qəbələ”ni 2:1 hesabıyla məğlub edib.
 
Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun qapıçısı Anton Kanibolotski jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı qolkiper öncə oyunla bağlı fikirlərini bildirib:
 
- Ağır oyun olacağı gözlənilən idi. Çətin keçən ÇL matçından sonra bərpa olunmaq lazım idi. Sevindirici haldır ki, müsbət nəticə qazandıq.
 
- Artıq 3 tur çempionatda çıxış etmisiniz. Premyer Liqa ilə bağlı fikirləriniz necədir?
- Hər şey müsbətdir. Azarkeşlər meydanlara gəlir və dəstək olur. Ukraynada isə son zamanlar azarkeşlər az hallarda oyunlara gəlirdilər. Mənim təəssüratlarım yaxşıdır və razıyam.
 
- İbrahim Şehiçlə rəqabət barədə nə söyləyə bilərsiniz?
- Rəqabət hər yerdə var. Bizə ancaq işləmək qalır. Seçim məşqçidədir.
 
- Çempionlar Liqasının qrupunda "Roma", "Atetiko" və "Çelsi" ilə qarşılaşacaqsınız. Rəqiblər barədə nə düşünürsünüz?
- Maraqlı qrupdur. Rəqiblərimiz güclüdür. Çətin komandalar olsa da, oynamağa ümid verən kollektivlərdir. Nəyəsə ümid edirik. Əlimizdən gələni edəcəyik.
 
- Sabiq komandan "Şaxtyor"la eyni qrupa düşmək istəyərdin?
- İstəyərdim ki, “Şaxtyor”la da düşək. Özümüzün gücünü görmək istəyərdim. Amma bu rəqiblərə görə də şadıq.
 
- “Şaxtyor”un heyətində “Çelsi”ni ÇL-in qrupda saxlamışdınız. Həmin oyun barədə xatirəniz necədir?
- Unudulmaz atmosferdir. Unudulmaz hisslərdir.
 
- Bugünkü matçda üz-üzə gəldiyin ukraynalı futbolçular da var idi. Onlarla heç qarşılaşmışdın?
- Dmitri Bezotosnı və Vitali Verniduba qarşı oynamışdım. Maraqlı və gərgin oyun oldu. Ukraynada da belə olurdu.


Digər xəbərlər

Xəbər xətti