Kamranın debütü uğursuz oldu - VİDEO

03:15 28 Avqust 2017

Futbol üzrə Çexiya çempionatında 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Slaviya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

 

Kamran da bu görüşün iştirakçısı olub. Lakin Çexiya klubundakı debüt matçı millimizin qolkiperi üçün uğursuz alınıb. Start heyətdə meydana çıxıb 90 dəqiqə oynayan futbolçumuz xüsusilə son iki qolda buraxdığı kobud səhvlərlə özünü biabır edib. Üçüncü qol isə məhz avtoqol kimi Ağayevin adına yazılıb.

 

Geridə qalan turlarda cəmi 1 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 15-ci pillədə qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti